AFFA-nın hazzırda keçirilən Hesabat-Seçki Konfransında Gənclər və İdman naziri Azad Rəhimov da iştirak edir.

Offsideplus.az xəbər verir ki, tədbirdə çıxış edən nazir ötən il Avropa Liqasının Bakıda keçirilən final görüşü yüksək təşkilatçılıqla yadda qaldığını bildirib:

“Hər il ölkəmizdə böyük yarışlar keçirilir. Ən çox sevilən futbol da bu baxımdan istisna deyil. Bu, çox mühüm hadisə idi. Yenə də məzmunlu yarışa şahidlik edəcəyik. Avropa çempionatının final mərhələsinin 4 oyunu Bakıda keçiriləcək. İnanıram ki, bunun da öhdəsindən layiqincə gələcəyik. Gənclər və İdman Nazirliyi də bu baxımdan bir sıra kütləvi futbol tədbirləri həyata keçirir. Ölkəmizdə bir çox aşağı yaş qrupları üzrə turnirlər yüksək səviyyədə keçirilir. “Real” klubunun Gənclər və İdman Nazirliyi ilə əməkdaşlığı ölkəmizdə futbolun inkişafına təkan verəcək”.