'Forbes' jurnalı 2019-cu ildə ən çox gəlir əldə edən idmançıların siyahısını hazırlayıb.

Offsideplus.az xəbər verir ki, ötən ilin ən çox gəlir əldə edən futbolçusu "Barselona"nın kapitanı Lionel Messidir. Argentinalı ulduzun illik gəliri 127 milyon avro olub. İkinci sırada 109 milyon avro qazanan "Juventus"un və Portuqaliya milli komandasının forvardı Kriştianu Ronaldo qərarlaşıb. İlk "3-lüy"ü PSJ forması geyinən Neymar qapayır. Braziliyalı Ronaldodan 4 milyon avro az gəlir əldə edib. Tennisçi Roje Federer 93 milyon avroluq qazancla dördüncüdür.