AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik Premyer Liqa klublarının düşərgəsini gəzməkdə davam edir.
Offsideplus.az xəbər verir ki, o, bu gün "Qarabağ"ın bazasında olub.
Komitə sədrinin iştirakı ilə ağdamlıların əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
Seminarda hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında müzakirələr aparılıb və komandaya məlumatlandırıcı videolar təqdim olunub.