Hazırda Azərbaycan Premyer Liqasının bombardiri olan Peyman Babayi Azərbaycan vətəndaşlığını qəbul edir.

Offsideplus.az xəbər verir ki, Təbrizdən olan "Sumqayıt"ın üzvü millinin yeni baş məşqçisi bəlli olandan sonra yığmaya dəvət olunacaq. Klubun prezidenti Riad Rəfiyev hücumçunun Azərbaycan pasportu alması üçün işlərə başlayıb. "Sumqayıt"dakı parlaq oyunu ilə İranda da diqqət mərkəzində olan Peyman Babayi özü də millimizdə oynamaq niyyətindədir.

Qeyd edək ki, hücumçu cari mövsüm Premyer Liqada 14 oyuna 6 qol vurmağı bacarıb.

 

Sultan SoY