Məşhur idman şərhçisi Diletta Leotta bir müddət əvvəl "Napoli" azarkeşlərinin təhqiredici şüarlarına məruz qalmışdı.
Offsideplus.az xəbər verir ki, xanım spiker bu dəfə İtaliya millisinin sabiq futbolçusu Fulvio Kollavatinin həyat yoldaşı tərəfindən sərt tənqid olunub.
İtaliyanın məşhur idman aparıcılarından olan Diletta Leotta "Napoli"nin "Breşiya" 2-1 ilə qarşılaşdığı oyunda azarkeşlərin hədəfinə çevirilmişdi. Təxminən 2 min fanat eyni vaxtda onun üçün səsləndirdiyi "Sinəni aç, Diletta Leotta" şüarına xanım aparıcı "Yox, yox, yox" reaksiyasını verib.
Katerina Collovati qonaq olduğu televiziya proqramında Leottanın işindəki uğurları ilə deyil, gözəlliyi və cazibədarlığı ilə ön planda olduğunu bildirib:
"Qızlarımla həmyaşıd olan gözəl bir qadına qarşı heç bir mənfi fikrim yoxdur. Mən qadın vücudunun bu şəkildə nümayiş olunmasına qarşıyam. Onun ehtiyacı olan tək şey özünü canlı yayıma yaxşı hazırlaması və yaxşı jurnalist olduğunu sübut etməkdir, ancaq o özünü alt geyimi ölçüsü ilə ifadə etməyə etməyə çalışır. Bizlər şovinist zehniyyətin günahkarıyıq".
Proqramın aparıcısı Corciya Rossi isə Kollovatinin Leotta ilə fikirlərinə qarşı çıxıb: "O jurnalist deyil, aparıcıdır. Media vəsiqəsi yoxdur və nə edəcəyinə müstəqil şəkildə qərar verir".
Kollovati cavab olaraq "Bəli, əslində belədir, ancaq jurnalist kimi çalışır, əlinə mikrafon alıb suallar verir" sözlərini işlədib.
2016-cı ildə çılpaq fotoları yayılan Leotta "Bəzən nə etsəm, viral olacaq kimi hiss edirəm - idmana getsəm də, rəqs etməyə getsəm də. "İCloud"dan oğurlanan fotolarım üçün isə məhkəməyə müraciət etmişəm" demişdi.
Jurnalistliyin uşaqlıq arzusu olduğunu bildirən gözəl aparıcının "Instagram"da 5 milyondan çox izləyicisi var.