"Qarabağ" klubu ciddi itki ilə qarşılaşıb.
Komandanın polşalı müdafiəçisi Yakub Jezniçak yayda əməliyyat olunacaq. Offsideplus.az xəbər verir ki, bu haqda futbolçu özü məlumat verib.
O, ölkəsinin mətbuatına açıqlamasında bildirib ki, həm burnundan, həm də barmağından əməliyyat olunacaq. Əməliyyat əvvəlcə qış fasiləsində nəzərdə tutulsa da, Jezniçak bunu yaya qədər təxirə salıb.
Qeyd edək ki, Jezniçak “Qarabağ”ın heyətində Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şerif”lə oyununda zədələnmişdi