Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsində "Neftçi" ilə "Sumqayıt" qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, matç "Bakcell Arena"da baş tutacaq.

"Sumqayıt"ın üzvü Peyman Babayi oyun öncəsi fikirlərini açqlayıb:

"Çətin matç olacaq. "Neftçi"nin çılğın fanatları var. Onlara qarşı oynamaq çətin olacaq. "Neftçi" ilə oyunlarımız hər zaman maraqlı olub. Komandamız kuboka uğurlu başladı. "Zaqatala"nı məğlub edib bu mərhələyə vəsiqə qazandı. Indi sıra "Neftçi"dədir. Onları da kubokdan kənarlaşdırmaq niyyətindəyik".

"Sumqayıt"ın hücumçusu bu il də kubokun finalına vəsiqə qazanmaq istədiklərini bildirib:

"Ötən mövsüm bunu bacardıq. Lakin finalda "Qəbələ"yə uduzduq. Bu il də məqsədimiz ən azı finala vəsiqə qazanmaqdır. Bunu etmək çətin olsa da, mümkünsüz deyil".

Sultan Soy