"Qarabağ" Futbol Klubu "Keşlə"nin futbolçusu İlkin Qırtımovun ailəsində baş verən bədbəxt hadisə ilə başsağlığı verib.
Offsideplus.az xəbər verir ki, ötən gün özünü hündürmərtəbəli binadan ataraq intihar edən Qırtımova Sevinc İlham qızı Azərbaycan millisinin və "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun bacısıdır.
Sevinc Qırtımovanın hansı səbəbdən intihar etdiyi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.