Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə "Keşlə"yə məğlub olan (1:2) "Sumqayıt"ın futbolçusu Mehdi Şərifi oyundan sonra brifinq keçirib.

Offsideplus.az xəbər verir ki, hücumçu öncə oyun barədə danışıb...

- Bu oyun bizim üçün vacib idi. Topu özümüzdə yaxşı saxlaya bilirdik. Məğlubiyyətə layiq olmasaq da, rəqibi qələbəyə görə təbrik edirəm. Düşünürəm ki, növbəti oyunlarda daha yaxşı oynayacağıq.

- “Qarabağ”a qalib gəldikdən sonra “Keşlə”yə uduzmağı necə şərh edə bilərsiniz: Qısa zamanda nə dəyişdi?
- “Qarabağ”a qalib gəldikdən sonra cəmi iki gün xoşbəxt olduq. Bunun sevincini cəmi bir neçə gün yaşamışıq. Daha sonra “Keşlə” ilə oyunu düşünməyə başladıq. Bu gün yaxşı oynadıq, ümid edirəm ki, növbəti oyunlarda daha da artıracağıq.

- Baş məşqçi Ayxan Abbasov komandadan narazı qalıb və futbolçuların “Qarabağ” üzərindəki qələbəni unuda bilmədiklərini deyib...
- Belə düşünürsə, deməli, belədir. O, bunu bizdən daha yaxşı bilir. “Qarabağ”la oyunda çoxlu səhvlər etmişdim, özüm barədə deyə bilərəm ki, daha yaxşı oynadım. Baş məşqçi bu barədə fərqli düşünə bilər.

- “Persepolis” İranın güclü komandasıdır. Asiyanın adlı-sanlı komandasını qoyub, “Sumqayıt”a gəlməyinizdə məqsəd nədir: Bura tramplin kimi baxırsınız?
- Mən yalnız sabahı düşünürəm. Komanda olaraq növbəti matçı düşünürük. Yalnız növbəti qarşılaşmanı fikirləşirəm. Növbəti tur “Qəbələ”ni qəbul edəcəyik və bunu ağlımdan keçirirəm. Addım-addım düşünürəm.