Futbol üzrə Rumıniya yığmasının yeni baş məşqçisi məlum olub.

Offsideplus.az xəbər verir ki, yığmaya Mirel Radoi gətirilib. 38 yaşlı məşqçinin müqavilə müddəti açıqlanmayıb. Radoi bu vəzifədə uğursuzluğa görə istefaya göndərilən Kosmin Kontranı əvəzləyib.

Qeyd edək ki, gənc məşqçi son olaraq Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasını çalışdırıb.