Premyer Liqanın XII turunun “Sumqayıt” – “Qarabağ” (2:1) oyunu meydan sahiblərinin kapitanı Vurğun Hüseynov üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, təcrübəli müdafiəçi 2013-cü ildən şərəfini qoruduğu komandanın heyətində 159-cu çempionat matçına çıxıb. O, bu müddətdə 1 qol vurub.
Vurğun “Sumqayıt”ın tarixində Premyer Liqada ən çox oyun keçirən futbolçu adına yiyələnib. Müdafiəçi sabiq komanda yoldaşı Bəxtiyar Həsənalızadənin 158 oyunluq rekordunu arxada qoyub.