Karyerasını davam etdirənlər arasında klublarına ən sadiq futbolçuların siyahısı açıqlanıb. 

Offsideplus.az xəbər verir ki, araşdırma Avropanın top-10 liqasında çıxış edən futbolçular arasında aparılıb.

Rusiya millisinin qapıçısı İqor Akinfeyev siyahıya başçılıq edir. 33 yaşlı qolkiper artıq 17 ilə yaxındır Moskva CSKA-sinin şərəfini qoruyur. 

Ən sadiq "10-luq"

1. İqor Akinfeyev (MOİK) - 16 il 10 ay 20 gün

2. Loik Perrin ("Sent-Etyenn") - 16 il 4 ay 21 gün

3. Lionel Messi ("Barselona") - 15 il 10 ay 20 gün

4-5. Serxio Alvares ("Selta") - 15 il 4 ay 21 gün

4-5. Tomas Kessler ("Köln") - 15 il 4 ay 21 gün

6. Mark Nobl ("Vest Hem") - 14 il 10 ay 20 gün

7-10. David Zurutuza ("Real Sosyedad") - 14 il 4 ay 21 gün

7-10. Oyer ("Osasuna") - 14 il 4 ay 21 gün

7-10. Cessi Mulin ("Sent-Etyenn") - 14 il 4 ay 21 gün

7-10. Françesko Manyanelli ("Sassuolo") - 14 il 4 ay 21 gün