Yığmamızın futbolçusu Şəhriyar Rəhimov Avro-2020-nin seçmə mərhələsində Uelslə oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, oyunun çətin keçəcəyini deyib:
"Bu seçmə mərhələ çərçivəsində doğma meydanımızda son görüşümüzə çıxacağıq. Azarkeşlərimizi sevindirmək, ölkəmizi layiqincə təmsil etmək üçün qələbə qazanmağa çalışacağıq. Çox çətin qarşılaşma olacağını bilirik. Son ev matçımızdı və istəyirik ki, ilk növbədə xalqımızı sevindirək".
Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlayacaq.



