Bir müddət əvvəl Amerikaya köçən keçmiş aparıcı, bloqqer Günel Hümbətova dünyaca məşhur moda dizayneri Viktoriya Bekhemlə bir araya gəlib.

Offsideplus.az xəbər verir ki, o, dəb ikonasının Nyu-Yorkda təşkil olunan özəl tədbirində iştirak edib. Günel görüşdən fotoları sosial şəbəkədə paylaşıb.
"Dəhşətli hisslərdir. Uşaqlıqdan hər zaman ilhamlandığım... İstər ana, qadın, istər uğurlu iş xanımı, istərsə də dəb ikonası kimi örnək götürdüyün, qibtə etdiyin insanın şəxsi tədbirlərinə dəvət almaq, onunla söhbətləşmək, qucaqlamaq...”, - deyə Hümbətova bildirib.