Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində oktyabrın 5-i “Səbail” klubu ilə keçirilmiş oyunun (2:1) ilk hissəsində zədələnərək fasilədə əvəzlənən Səlahət Ağayevin vəziyyətinə aydınlıq gəlib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tibbi baxışın nəticələrinə görə, təcrübəli qapıçı pubalgiya (oturaq sümüyünün iltihabı xəstəliyi) diaqnozu ilə bir həftə müalicə olunacaq.