FİFA-nın dünyanın ən yaxşı futbolçusuna verdiyi "The Best" mükafatının finalçılarının yığdığı səslər açıqlanıb.
Offsideplus.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, mükafatın qalibi Lionel Messi (Argentina, "Barselona") 46 faiz səs toplayıb. Ona məşqçilər 379, kapitanlar 377, jurnalistlər 364, azarkeşlər isə 1 milyon 359 min 727 səs verib.
Hollandiya millisinin və "Liverpul"un müdafiəçisi Vircil van Deyk 38 faiz (məşqçilər 289, kapitanlar - 337, jurnalistlər - 462, azarkeşlər - 704 min 235) səslə ikinci olub.
Üçüncü olan Portuqaliya millisinin və "Yuventus"un hücumçusu Kriştiano Ronaldo 36 faiz səs (məşqçilər - 307, kapitanlar - 330, jurnalistlər - 264, azarkeşlər - 962 min 919) yığıb.