Futbol üzrə Portuqaliya yığmasının mətbuat xidməti komandanın kapitanı Kriştiano Ronaldonun FİFA tərəfindən "İlin ən yaxşı oyunçusu" mükafatı almamasına reaksiya verərək, hücumçunu "tarixdə ən yaxşı" adlandırıb.
Offsideplus.az xəbər verir ki, Millətlər Liqası çempionları "Twitter"dəki paylaşımına "Tarixdə ən yaxşı!" başlığını yazıblar.
Ronaldo səsvermədə "Barselona"nın hücumçusu Lionel Messiyə və "Liverpul"un müdafiəçisi Virdjil van Deykə uduzaraq üçüncü yeri tutub.
"The Best FIFA Awards-2019" mükafatlarının verilməsi mərasimi dünən İtaliyanın Milan şəhərində keçirilib.