Azərbaycandan FIFA-nın “The Best” mükafatı üçün verilən səslərin ünvanları müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, səsvermədə kişilərdən ibarət milli komandanın baş məşqçisi Nikola Yurçeviç və kapitan Maksim Medvedev, qadınlardan ibarət yığmaya rəhbərlik edən Siyasət Əsgərovla Sevinc Cəfərova, eləcə də jurnalist Rasim Mövsümov iştirak ediblər.
Kişi komandaları üzrə ən yaxşı baş məşqçi
Nikola Yurçeviç: Yurgen Klopp, Xosep Qvardiola, Maurisio Poççetino
Maksim Medvedev: Didye Deşam, Yurgen Klopp, Camel Belmadi
Rasim Mövsümov: Yurgen Klopp, Erik Ten Haq, Camel Belmadi
Ən yaxşı kişi futbolçu
Nikola Yurçeviç: Kriştianu Ronaldu, Lionel Messi, Məhəmməd Salah
Maksim Medvedev: Vircil Van Deyk, Məhəmməd Salah, Matteys de Liqt
Rasim Mövsümov: Vircil Van Deyk, Sadio Mane, Məhəmməd Salah
Qadın komandaları üzrə ən yaxşı baş məşqçi
Siyasət Əsgərov: Sarina Viqman, Jill Ellis, Peter Qerxardsson
Sevinc Cəfərova: Jill Ellis, Sarina Viqman, Fil Nevill
Ən yaxşı qadın futbolçu
Siyasət Əsgərov: Meqan Rapino, Aleks Morqan, Vendi Renar
Sevinc Cəfərova: Meqan Rapino, Ellen Uayt, Aleks Morqan
Qeyd edək ki, ilin ən yaxşı kişi oyunçusu argentinalı Lionel Messi (“Barselona”, İspaniya), ən yaxşı qadın futbolçusu isə amerkalı Meqan Rapino (“Reyn”, ABŞ) seçilib. Kişi komandaları üzrə ən yaxşı baş məşqçi adına almaniyalı Yurgen Klopp (“Liverpul”, İngiltərə) layiq görülüb. Qadın komandaları üzrə isə amerikalı Jill Ellis (ABŞ millisi) qalib olub. (“Report”)