Azərbaycan çempionatının XVII turunda “Kəpəz”i qəbul edəcək “Qarabağ”ın zədəli futbolçularından biri sıraya dönüb.
Offsideplus.az xəbər verir ki, söhbət Əfran İsmayılovdan gedir. Təcrübəli yarımmüdafiəçi zədəsini tam sağaldıb. Məşqçilər heyəti şans verəcəyi təqdirdə, Əfran “Kəpəz”lə matçda meydanda ola bilər.
Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Kəpəz” görüşü saat 18:00-da start götürəcək.