«Qəbələ»nin prezidenti Fariz Nəcəfov yeni mövsümə şamil olunan ilk qərarını verib.
Offsideplus.az xəbər verir ki, əyalət təmsilçisi bundan sonra doğma məkanda məskunlaşacaq.
Başqa sözlə, «qırmızı-qaralar» «Bakı»nın keçmiş bazası kimi tanınan «Biləcəri Futbol Mərkəzi»nin xidmətindən imtina edib.
«Qəbələ» 3 il idi ki, mövsümü hazırlıqlarını davamlı olaraq paytaxtda keçirirdi. Komanda ev oyunlarından yalnız 1-2 gün qabaq Qəbələyə yollanırdı.
Rəhbərlik bu addımı legionerlərin xahişi ilə atmışdı. Əcnəbi futbolçular ailələrinin Bakıda yaşadığını və uşaqlarının burda oxumasını əsas gətirərək, belə bir təklifdə bulunmuşdu.
Gələn mövsümdən «Qəbələ»nin əsas qüvvəsini yerlilər təşkil edəcək. Klub öz akademiyasının yetirmələrinə üstünlük verəcək. Bu isə o deməkdi ki, «qırmızı-qaralar» hərtərəfli qənaət siyasətinə keçir.
Komanda Bakıda keçirdiyi hər ay üçün «Biləcəri Futbol Mərkəzi»nə 10-12 min manat civarında ödəmə edirdi.(sportinfo.az)