Ötən gün Azərbaycan Premyer Liqasında "Sumqayıt" - "Qarabağ"ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, oyundan öncə futbolçular meydançaya "Aprel döyüşləri”ndə şəhid olan hərbiçilərimizin övladları ilə birgə çıxıblar.
Futbolçuların üzərlərində "Şəhidlər ölməz, Vətən bölünməz” şüarının yazıldığı köynək olub.
Oyunda iş başında olan "CBC Sport"un şərhçisi Gündüz Abbaszadə şəhid övladları meydana çıxarkən kövrəlib. Göz yaşlarına hakim ola bilməyən Gündüz Abbaszadənin təsirli şərhini diqqətinizə təqdim edirik.