"Sumqayıt"ın yarımmüdafiəçisi Əfran İsmayılov əməliyyat olunub.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.
Milli üzvü Topaz Premyer Liqasının XXI turunda "Sabah"la (1:1) qarşılaşmada aldığı zədədən sonra Türkiyənin paytaxtı Ankarada yerləşən "Acıbadem" klinikasında Türkiyənin məşhur həkimi Mehmet Binnet tərəfindən əməliyyat olunub. Əməliyyat uğurla alınıb.
İlkin məlumata əsasən, İsmayılov 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdi ki, futbolçu qarşıdakı iki turda "Qarabağ" və "Keşlə" ilə oyunları buraxacaq. O, ən yaxşı halda XXIV turda "Zirə" ilə matçda komandasına kömək edə biləcək.