“Bizim üçün çətin idi.
“Zirə” ilə Antalyada eyni oteldə qalırdıq. Amma vətənə qayıtdıqdan sonra bildik ki, 3-4 yeni oyunçu götürüblər. Tanımadığımız futbolçulara qarşı oynamaq işimizi çətinləşdirirdi. Oyuna yaxşı başladıq. Sonda 1:2, 1:3 uduza bilərdik. Bunu ataq birinci oyun olmasının üstünə. İkinci hissədəki kimi oynamağa davam etsək, ancaq 7-8-ci yerləri tuta bilərik. Halbuki fiziki cəhətdən komandamızda hər şey qaydasındadır. Əfsuslar olsun ki, komandamda 3-4 nəfər var ki, bu gün oyunun tez başa çatmasını arzulayırdılar. Futbolçularımız böyümək istəyirlərsə, psixologiyalarını dəyişməlidirlər”.
Offsideplus.az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov “Zirə” ilə oyundan (1:1) sonra keçirilən mətbuat konfrasnında deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Özünüz də qeyd etdiz ki, birinci hissədə yaxşı, ikinci hissədə zəif oynadız. Demək olar ki, 3 əvəzetmənin heç biri özünü doğrultmadı?
- Ancaq Nicatı qeyd etmək olar. O, əvvəlki klublarında həmişə ehtiyatda qalıb. İndi özünü göstərməlidir. Meydana çıxandan sonra futbolçu 10 dəqiqəyə yorulursa, deməli oynamağa layiq deyil.
- Meydanda maraqlı mübarizə getsə də, sanki Fərhad Vəliyev tempə uyğun gəlmirdi...
- Birinci hissədə komandamdan razı qaldım. İkinci yarıda tam “Zirə” üstün oynadı. Komandamızda demək olar ki, dəyişiklik yoxdur. Antalyadakı oyunlarımız, məşqimiz də tempi aşağı salmamağa hesablanmışdı.
- Oyun ərzində Əliyar Ağayevə etiraz edirdiniz. Onun idarəçiliyindən narazı qaldız?
- İndi bu suala “hə” desəm, mənə cərimə düşəcək?
- Bəli.
- Yox, narazı deyiləm