Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu Almaniya “Aue”si qış fasiləsində sonuncu yoxlama oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, 2-ci Bundesliqa klubu “Union”la qarşılaşıb.
Regionalliqa təmsilçisi ilə görüş “Aue”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qola Nazarov imza atıb.
Start heyətində yer alan millimizin üzvü hər hissədə bir qol vurub. O, 24-cü dəqiqədə hesabı açıb, 48-ci dəqiqədə isə fərqi artırıb.