"Qarabağ"ın qapıçısı Hannes Halldorsson Ağdam klubundan ayrılacağı ilə bağlı yayılan xəbərələrə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, islandiyalı qolkiper Qol.az-a açıqlamasında ölkəsinin "Valur" komandasına keçəcəyi haqda məlumatları təkzib edib. 34 yaşlı oyunçu mətbuatda yazılan formada təkliflər almadığını söyləyib:
"Hal-hazırda mən "Qarabağ"ın futbolçusuyam. Haqqımda çıxan xəbərləri mən də mətbuatdan oxumuşam. İslandiyadan mənə deyilən formada təkliflər gəlməyib. Yazırlar ki, kimsə pulu az verib, mən çox pul təklif edən klubla razılaşmışam. Belə bir şey yoxdur. Hazırda "Qarabağ"dayam".
Qeyd edək ki, İslandiya mətbuatı Halddorssonun bu ölkənin "Valur" klubu ilə anlaşdığını yazıb.