Bir vaxtlar Argentinanın ən önəmli futbolçulardan olan, hazırda Braziliyanın "Vasko da Qama" klubunda çıxış edən Maksi Lopeslə evlənərək adını futbol dünyasında tanıdan Vanda Nara daim qalmaqallarla gündəmdədir.

 
Maksi Lopezə həmin vaxt onunla birlikdə "Sampdoriya"da çıxış edən Mauro İkardi ilə xəyanət edən Vanda daha sonra birincidən boşanaraq ikinci ilə evlənmişdi. Bu hadisədən illər ötsə də, üçlüyün qalmaqalları hələ də gündəmə gəlir.
 

Maksi Lopez - Vanda Nara
 
Fanat.Az xəbər verir ki, Maksi Lopez bu günlərdə 3 uşağının anası olan Nara ilə bağlı şok açıqlamalar verib. Futbolçu bildirib ki, keçmiş həyat yoldaşı Mauro İkardi komandanın toplanışında olarkən zəng edərək onu evə çağırır: "Uşaqlarımla zaman keçirmək üçün  tətillərdə İtaliyaya yollanıram. Amma hər dəfə uşaqlarımla qurmaq istədiyim münasibətə zərər verir. Bu oyun imiş kimi davranır. Əri komanda ilə birlikdə olanda zəng edərək məni evə çağırır. Mənə uşaqlar üçün pis olan şeyləri etdirməyə çalışır".
 
Mauro İkardi - Vanda Nara
 
Keçmiş ərinin bu açıqlamasına Vanda sərt şəkildə münasiibət bildirib: "Maks müsahibələrində məndən önəmli danışacaq sözlərin yoxdu? Futbol müsahibələrinə məni qatmağından yorulmuşam. Ən cahil insan belə onun açıqlamalarına inanmaz. Bir qəzetin məni və ailəmi aşağılyan bu sözləri təsdiqləmədən yayımlaması ayıbdı".
 
Mauro İkardinin bacısı İvana İkardi isə Maksi Lopezi müdafiə edərək Vanda Naraya "O, bu qadının axmaqlıqlarının son qurbanıdı. Ondan daha nə gözləmək olar ki? Onun psixatra ehtiyacı var. Qardaşım buna necə icazə verir, anlamıram" deyib.
 
İvana İkardi 
O, həmçinin bildirib ki, qqardaşı Vanda Naraya görə ata-anasına diqqət ayırmır. 
 
Fanat.Az