Türkiyə milli komandasının və "İnter"in aparıcı yarımmüdafiəçisi Hakan Çalhanoğlunun karyerasını Türkiyə Süper Liqasında davam etdirmək ehtimalı yaranıb.
Offsideplus.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, "Fənərbağça" qış "transfer pəncərəsi"ndə təcrübəli futbolçu üçün rəsmi təklif göndərməyə hazırlaşır.
Məlumata görə, 32 yaşlı ulduz yarımmüdafiəçi də karyerasının növbəti mərhələsində Türkiyədə forma geyinmək ideyasına müsbət yanaşır və təklifləri dəyərləndirməyə hazırdır.
Qeyd edək ki, Hakanın "İnter"lə müqaviləsi gələn yay başa çatır.


