Almaniya millisinin baş məşqçisi Yurgen Klopp komanda daxilində bir sıra yeni qaydalar müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, Kloppun qərarına əsasən, futbolçular oteldə və ya bazada axşam yeməyinə yalnız müəyyən edilmiş vaxtda – saat 19:00 və ya 20:00-da toplaşmalıdırlar. Məqsəd bütün oyunçuları eyni masa arxasında bir araya gətirərək komanda ruhunu gücləndirməkdir.

Bundan əlavə, məşq zalında və ya masaj zamanı telefonlardan istifadə qəti qadağandır. Bu müddətdə komanda yoldaşları ilə ünsiyyət isə təşviq olunur.

Klopp həmçinin oteldə və ya bazada saç kəsdirməyi də yasaqlayıb. Baş məşqçi hesab edir ki, işgüzar səfərə gələn hər kəs artıq hazır görünməlidir.

Nəhayət, ailə üzvlərinin komanda bazasına gəlişi yalnız istisna hallarda mümkün olacaq. Kloppun məqsədi futbolçuların birgə məqsədə köklənməsi və kollektivin daha sıx birləşməsidir.