Avroliqanın ilk turunda "Olimpiakos" səfərdə "Baskoniya" ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, komandanın mərkəz oyunçusu Nikola Milutinov heyətlə birlikdə səfərə yollansa da, onun oyunda iştirakı sual altındadır.
Milutinov əvvəlcə milli komandada yüngül zədə alıb, daha sonra isə "Makkabi" ilə yoxlama oyununda sol budunda gərginlik hiss edib. Həkimlər ona birbaşa əzələdə tendinit diaqnozu qoyublar.
Serbiyalı basketbolçu ötən mövsüm Avroliqada orta hesabla 21,5 dəqiqəyə 10,2 xal, 7,2 ribaund və 1,4 assist ilə yadda qalıb.


