Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XIV  turunun ən yaxşı futbolçusu məlum olub.

Offsideplus.az  xəbər verir ki, bu, “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintanadır.

O, “InStat”ın təhlilinə əsasən turun ən yaxşısı seçilib. “Zirə”yə qarşı görüşdə 60 dəqiqə meydanda olan ispan futbolçu het-triklə yadda qalıb.

Araşdırmalara əsasən Dani Kintana turun ən yaxşı indeksə malik futbolçusudur.