Azərbaycanlı FİFA hakimi Tural Qurbanov növbəti təyinat alıb.
Offsideplus.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının I turu çərçivəsində keçiriləcək “Borusiya” (Dortmund, Almaniya) – “Villarreal” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Cəmil Əliyev və Asiman Əzizli kömək edəcəklər.
Görüş sentyabrın 8-i Dortmund şəhərində yerləşən "Dortmund Brakel Təlim Mərkəzi" stadionunda keçiriləcək.


