"Fənərbağça"nın sabiq müdafiəçisi, hazırda "Spartak"da çıxış edən Aleksandr Ciku Aleksey Batrakovun "Qalatasaray"a transferi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, 21 yaşlı yarımmüdafiəçinin yay transfer pəncərəsində "Lokomotiv"dən Türkiyə klubuna keçidini şərh edib.

"Başqa oyunçuları qiymətləndirməyi çox sevmirəm, amma Batrakov əla futbolçudur, çoxlu yaxşı keyfiyyətləri var. Aleksey Türkiyə çempionatında oynamağa layiqdir və orada özünü yaxşı tərəfdən göstərə bilər", – deyə Ciku bildirib.