Brunu Fernandeş avqust ayında "Mançester Yunayted"in ən yaxşı oyunçusu adına layiq görülüb.
Offsideplus.az xəbər verir ki, komandanın kapitanı klub azarkeşlərinin səsverməsində qalib gəlib.
Bu mükafata Kobbi Maynu və Markus Reşford da namizəd olub.
Avqustda "Mançester Yunayted" Premyer Liqada iki oyun keçirib. Fernandeş xüsusilə 'İpsviç'lə qarşılaşmada fərqlənib. O, həmin oyunda het-trik edib və bir qol ötürməsi verib. Portuqaliyalı yarımmüdafiəçi həmin görüşdə matçın ən yaxşı oyunçusu seçilib.
Bundan əvvəl B. Fernandeş Premyer Liqanın 2-ci turunun ən yaxşı oyunçusu mükafatını da qazanıb.


