"Beşiktaş"ın futbolçusu Oğuzhan Özyakup keçmiş sevgilisi Demet Özdemiri narahat edir.
Offsideplus.az xəbər verir ki, aktrisanı unuda bilməyən və barışmaq istəyən futbolçu tez-tez ona zəng edir. Bu vəziyyətdən narazı olan Özdemir isə hər dəfə telefonu söndürərək onunla danışmaq istəmədiyini bildirir.
Demet hazırda "Star TV"də yayımlanan "Erkenci kuş" serialında baş rolu oynayır. Hətta onun tərəf müqabili Can Yamanla sevgili olduğu deyilir.
Oğuzhan isə son olaraq ona serialın çəkilişləri zamanı zəng edib. Əsəblərinə hakim ola bilməyən Demet isə onun üstünə qışqıraraq "Bir daha mənə zəng etməyə" deyib.
İddiaya görə, bu vəziyyətdən Can Yaman da xəbər tutub. Aktyor sevgilisinə bildirib ki, Oğuzhan bir daha zəng etsə, onunla özü danışacaq. (fanat.az)