Aleksey Batrakov "Qalatasaray"a transfer olunmaq üçün bonusdan imtina edib.
Offsideplus.az xəbər verir ki, "Lokomotiv"in yarımmüdafiəçisi Türkiyə klubuna 25+4 milyon avro qarşılığında keçəcək. Məlumata görə, Batrakovun "Lokomotiv"lə müqaviləsində transfer baş tutarsa, 20 milyon avrodan 20 faizlik pay və bu məbləği aşan hissədən isə əlavə 30 faiz bonus nəzərdə tutulmuşdu. Batrakov ikinci hissədən, yəni 20 milyon avronu keçən məbləğdən əldə edəcəyi 30 faiz bonusdan imtina edib.
Futbol bazarının iştirakçıları bildiriblər ki, bu şərtlər (20 faiz oyunçu tərəfinə) klub üçün sərfəli olmasa da, Batrakov 2025-ci ilin iyununda "Lokomotiv"lə yeni müqavilə imzalamazdı. Həmin vaxt Batrakov artıq Rusiya Premyer Liqasında uğurlu mövsüm keçirmişdi və nümayəndələrinin mövqeyi güclü idi. Klub rəhbərliyinin başqa çıxış yolu yox idi. Onlar həmçinin qeyd ediblər ki, "Lokomotiv"lə Batrakov arasında münasibətlər insani baxımdan yaxşıdır, əks halda oyunçu bonusdan imtina etməzdi.


