"Milan"ın portuqaliyalı ulduz vingeri Rafael Leaonun gələcəyi etibarilə transfer pəncərəsinin son günlərində əsas müzakirə mövzularından birinə çevrilib.
Offsideplus.az xəbər verir ki, "Milan"ın futbolçunu satmaq üçün 40 milyon avroluq təklifləri dəyərləndirməyə hazır olduğunu bildirilir.
-
Türkiyə klublarının təşəbbüsü: "Fənərbağça" və "Qalatasaray" gənc ulduzu heyətinə qatmaq üçün artıq rəsmi və şifahi təkliflər irəli sürüblər.
Lakin "Milan" futbolçunun icarə əsasında deyil, yalnız birbaşa satışı variantına üstünlük verir. -
Premyer Liqa variantı: "Çelsi" də daxil olmaqla ingilis klublarının futbolçuya maraq göstərdiyi və Leaonun agenti Xorxe Mendesin Avropa nəhəngləri ilə təmasları davam etdirdiyi bildirilir.


