"Sabah" amerikalı basketbolçunu heyətinə cəlb edib.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" amerikalı müdafiəçi Maykl "Mayk" Ertel ilə 2 illik müqavilə bağlayıb.
188 sm boya malik 27 yaşlı oyunçu kollec karyerasında ULM və UAB komandalarının şərəfini qoruyub.
Avropada isə Finlandiyanın "Lahti", Fransanın "Vişi" və Polşanın "Torun" klublarında çıxış edib.
Ertel ötən mövsüm Polşa çempionatında hər oyuna orta hesabla 18 xal və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


