"Qalatasaray" transfer çalışmalarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, "Aslanlar" hücum xəttinə Premyer Liqanın ulduzunu gətirməyə razılaşıb.

Onlar "Kristal Pelas"ın və Seneqal milli komandasının 28 yaşlı hücumçusu İsmaila Sarrı heyətinə qatmaq üçün fəal iş aparır. Fransalı jurnalist Nabil Cellitin yaydığı məlumata görə, Sarı-qırmızılılar futbolçu və onun nümayəndələri ilə 4 mövsümlük müqavilə şərtlərində tam razılıq əldə ediblər.

  • Futbolçunun seçimi: İsmaila Sarr "Galatasaray"ın layihəsinə və Çempionlar Liqasında mübarizə aparmaq perspektivinə müsbət yanaşaraq İstanbul klubuna keçmək istədiyini bildirib.

  • Klublararası danışıqlar: "Kristal Pelas" "Galatasaray"ın ilk rəsmi təklifini geri çevirsə də, Türkiyə çempionu daha yüksək və təkmilləşdirilmiş yeni təkliflə İngiltərə klubunun qapısını döyməyə hazırlaşır.