Ceyms Harden karyerasını "Klivlend Kavalers"də davam etdirəcək. Təcrübəli müdafiəçi klubla üçillik, 97 milyon dollar dəyərində yeni müqaviləyə razılaşıb.

Offsideplus.az xəbər verir ki, Hardenin agentləri müqavilədə oyunçu seçimi və transfer zamanı əlavə ödəniş maddəsinin də yer aldığını bildiriblər. Bu razılaşma ilə Hardenin ümumi karyera qazancı 511 milyon dollara çatacaq. O, NBA tarixində 500 milyon dollar həddini aşan dördüncü oyunçu olub. Bu siyahıda LeBron Ceyms, Kevin Dyurant və Stefen Karri də yer alır. Harden avqustun 26-da 37 yaşını qeyd edəcək və bu yaşda 90 milyon dollardan çox zəmanətli maaş alan ikinci oyunçu olacaq.