Madrid "Atletiko"nun baş məşqçisi Dieqo Simeone azarkeşlərin hücumçu Xulian Alvaresə ünvanladığı təhqiramiz şüarlar barədə danışıb.
Offsideplus.az xəbər verir ki, La Liqanın 2026/27 mövsümünün ilk turunda "Atletiko" "Malqa" üzərində 2:0 hesablı qələbə qazanıb. Argentinalı futbolçu bu oyunun heyətinə daxil edilməyib. Qarşılaşma zamanı tribunadan Alvaresin "Barselona"ya keçmək istəyi ilə bağlı azarkeşlər tərəfindən təhqiramiz ifadələr səsləndirilib. Matçdan sonra Simeone jurnalistin bu məsələ ilə bağlı sualını belə cavablandırıb:
"Azarkeşlərimizi çox hörmət edirəm", – deyə argentinalı mütəxəssis bildirib.


