Roberto De Zerbi "Tottenhem"in yarımmüdafiəçisi Sandro Tonalinin liderlik xüsusiyyətləri barədə danışıb.

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis Tonalinin bu yay "Tottenhem"ə qoşulduğunu xatırladıb. O, daha əvvəl "Nyukasl", "Milan" və "Breşia"da çıxış edib.

"Tonalinin burada lider rolunu əldə edə biləcəyinə inanıram. Onu komandamıza gətirməyə məni inandıran da məhz bu idi. Mən həmişə fikrimi açıq şəkildə bildirirəm və düşünürəm ki, o, böyük klublarda həmişə lider olub. Hələ 18 yaşında "Breşia"da oynayanda belə, meydanda veteran kimi çıxış edirdi", – deyə De Zerbi Sky Sport-a müsahibəsində bildirib.