“Düşünürəm ki, yaxşı oyun keçəcək”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Dinamo”nun futbolçusu Matvey Ponomarenko "Qarabağ"la oyun öncəsi keçiriilən mətbuat konfransında deyib.
“Düşünürəm ki, oyun çətin olacaq əsas fikrimiz qələbə qazanmaqdır”.
“Qarabağ”a qarşı oynamaq sizə əlavə motivasiya verirmi?” sualına ukraynalı hücumçu belə cavab verib:
“Əlbəttə, biz hər bir oyuna hazırlaşırıq. Ötən mövsüm onları izləmişəm. Maraqlı və çətin oyun bizi gözləyir”.
O, qarşılaşmaya ciddi hazırlaşdıqlarını da bildirib:
“Ciddi hazırlaşmışıq. Bir azdan meydança çıxıb, tanış olacağıq. Düşünürəm ki, yaxşı oyun keçəcək”.


