Emirates Cup turnirində "Arsenal" və "Borussiya Dortmund" klubları qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, oyun Almaniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qolları İnaşio (7-ci dəqiqə), Karetsas (29), Nvaneri (54) və Gadu (58) vurub.
"Arsenal"ın start heyətində Arrisabalaqa, Kalafiori, Qabriel, Moskera, Uayt, Havertz, Lyuis-Skelli, Odeqor, Tsolis, Douman və Dyokereş yer alıb.
"Borussiya Dortmund"un əsas heyətində isə Mayer, Svensson, Gadu, Bensebaini, Mane, Bellinqem, Nmeça, Bayer, Karetsas, İnaşio və Silva meydana çıxıb.


