"Çox çətin oyun alındı. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik və buna nail olduq”.
Offsideplus.az xəbər verir ki, bunu “Neftçi”nin hücumçusu Mirabdulla Abbasov deyib.
Gənc hücumçu Azərbaycan Premyer Liqasının XIII turunun “Sabah”la oyunundakı 2:1 hesablı qələbədən sonra klubun rəsmi saytına açıqlama verib:
“Komanda yoldaşlarıma, məşqçilərə və rəhbərliyə təşəkkür edirəm. Bu bizim ümumi qələbəmizdir. Hakim qərarlarına gəlincə, çox ümid etmək istərdim ki, bunlar qərəzsiz və səhv qərarlar idi. Amma şəxsi fikrim budur ki, hakim penalti vermək əvəzinə, haqsız olaraq simulyasiyanı əsas gətirərək, Daboya ikinci sarı vərəqəni göstərdi. Absurddur. Fikrimcə, hakim əlindən gələni etdi ki, uduzaq. Şükür Allaha, bu bizim qələbə qazanmağımıza mane olmadı”.
Abbasov qol vurmağına da münasibət bildirib: "Bu mənim cərimə zərbəsindən vurduğum ilk qoldur. Məşqlərdə həmişə bunun üzərində çalışırdım, bəzən alınırdı, bəzən yox. Bu gün isə oyunda alındı. Bundan sonra cərimə zərbələrini özüm yerinə yetirəcəm (gülür). Ümid edirəm, bu, cərimə zərbəsindən vurduğum son qol olmayacaq”.