Azərbaycan təmsilçisiləri avrokubokların ilk təsnifat mərhələsində bütün oyunlarda qələbə qazanmağı bacarıb.
Offsideplus.az xəbər verir ki, komandalarımız 6 qarşılaşmanın hamısında qalibiyyətə sevinib.
Azərbaycan ilk oyunlardan sonra 1.500 reytinq xalı qazanıb və Andorra ilə birlikdə hazırda ən çox xal qazanan ölkəyik.
20 min 062 reytinq xalı ilə 26-cı yerdəyik. 25-ci sıradakı İsrailin 20 min 750 xalı var.
Qeyd edək ki, ikinci təsnifat mərhələsindən etibarən "Neftçi" də mübarizəyə qoşulacaq.


