"Beşiktaş" klubunun yarımmüdafiəçisi Kartal Kayra Yılmaz uşaqlıq illərində yaşadığı ciddi sağlamlıq problemi və keçdiyi müalicə prosesi barədə maraqlı faktlar açıqlayıb.
Offsideplus.az xəbər verir ki, gənc futbolçu uşaq yaşlarında böyümə hormonu çatışmazlığından əziyyət çəkdiyini və dünya ulduzu Lionel Messinin müalicə üsulundan istifadə etdiyini bildirib.
Kartal Kayra Yılmaz həmin günləri belə xatırlayıb:
"Uşaq olarkən böyümə ilə bağlı problemim var idi. Həkimlər Messinin də keçdiyi müalicə üsulunu məsləhət gördülər. İynə kimi vasitələrdən istifadə etdim. Nəticəsini də aldığımızı düşünürəm. Üzərindən 10-11 il kimi bir vaxt keçib. Biz onu yoxlamışdıq və təsirli oldu".


