"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana Azərbaycan Premyer Liqasının 12-ci turunda "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, ispan futbolçu bunları deyib:
- Demək olar ki, rəqib oyun ərzində bir qol şansı yaratdı və bundan da yararlandı. Biz isə nə qədər çalışsaq da, alınmadı. “Sabah” yaxşı müdafiə olundu.
- “Qarabağ” çoxlu qol şansı yarada bilmədi. Bunun səbəbi nədir?
- Rəqib bütünlüklə müdafiə olunubsa, bu, normal haldır. Mənə elə gəlir ki, 2-3 vəziyyət yaratmışdıq ki, onları qola çevirə bilsəydik, qələbə üçün kifayət edəcəkdi.
- Bu gün “Sabah”ın müdafiəsini yara bilmədiniz. “Sportinq” kimi komandanın müdafiə xəttini necə dağıdacaqsınız?
- Məncə, bu oyunları müqayisə etmək olmaz. Tam fərqli oyunlar olacaq. “Sportinq” bizim kimi oynayacaq. Düşünürəm ki, qol vurmaq üçün boşluqlar tapa biləcəyik.
- 90 dəqiqə oynamağa tam hazırsanmı?
- Bu, vaxt tələb edən prosesdir. Uzun zamandır bu qədər oynamırdım. Baş məşqçiyə mənə 90 dəqiqə şans verdiyi üçün təşəkkür edirəm.
- “Sportinq”lə oyun barədə fikirlərin necədir?
- “Sportinq” lə oyun çətin olacaq. Lissabon klubu səviyyəli komandadır. Nəzərə alaq ki, avrokuboklarda evdə rəqiblər üçün çətin komanda olmuşuq. Qalib gəlmək üçün meydana çıxacağıq.
- “Qarabağ” “Sportinq”ə qalib gələ bilər?
- Əvvələr belə səviyyədə olan rəqiblərə qalib gəlmişik.(qol.az)