Cənubi Afrika Respublikası (CAR) millisinin baş məşqçisi Hüqo Bros komandanın Yamayka ilə keçirəcəyi yoldaşlıq görüşünün baş tutmasını səbirsizliklə gözləyir.
Offsideplus.az xəbər verir ki, dünya çempionatından sonra postundan ayrılacağını açıqlayan mütəxəssisin önündə Yamayka ilə sınaq da daxil olmaqla minimum 4 oyun var.
Bu qarşılaşmalar baş tutacağı təqdirdə, Bros yığmanın başında 59-cu oyununa çıxacaq və hazırda 58 matçla rekorda sahib olan Şeyks Maşabanı geridə qoyacaq. Əgər CAR millisi qrupdan çıxa bilsə, Bros bu rekordu daha da yeniləyəcək.
Qeyd edək ki, viza problemləri səbəbindən yığmanın Meksikaya yola düşməsi geciksə də, idman naziri Qeyton Makkenzi komandanın artıq bu gün yola düşəcəyini bildirib.


