Slovakiyada keçirilən minifutbol üzrə dünya çempionatında millimiz bu gecə Qazaxıstanla üz-üzə gələcək. 

Offsideplus.az xəbər verir ki, görüş "Tipos Arena"da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

1/8 final mərhələsinin digər oyunları da bu gün keçiriləcək: Rumıniya - Avstriya, Yunanıstan - Serbiya, Çexiya - Monteneqro.

Qeyd edək ki, 1/8 finalın digər 4 oyunu dünən keçirilib:

Bosniya və Herseqovina - Macarıstan 2:2 (p. - 2:3)

Bolqarıstan - Fransa 6:1

Polşa - Gürcüstan 1:1 (p. - 2:3)

Ukrayna - Portuqaliya 3:1