Hollandiya millisi UEFA Millətlər Liqasının 6-cı turunda, səfərdə Almaniya ilə 2:2 hesablı heç-heçə edərək, növbəti mərhələyə yüksəlib.
Offsideplus.az xəbər verir ki, hollandların 2-ci qolunu vuran Vircil Van Dayk, matçın final fitindən sonra baş hakim Ovidiu Hateqanın yanına gedərək, onunla qucaqlaşıb. Oyundan sonra "Liverpul"un müdafiəçisi, hakimin yanına getməsinin səbəbini açıqlayıb:
“Bir müddət əvvəl anasının öldüyünü demişdi. Oyundan sonra kövrəldi və ağlamağa başladı. Onun yanına gedərək, matçı yaxşı idarə etdiyini deyib, təsəlli etdim. Kiçik şey olsa da, ümid edirəm ki, ona köməyim dəydi”.
Xatırladaq ki, Hateqa anasının vəfat xəbərini oyunun fasiləsində öyrənib.